Bank Of Baku

Azərbaycanda bir neçə audit şirkəti və fiziki şəxsə yeni lisenziyalar verilib

Azərbaycanda bir neçə audit şirkəti və fiziki şəxsə yeni lisenziyalar verilib
# 28 yanvar 2010 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Auditorlar Palatası bir neçə audit şirkəti və fiziki şəxsə audit xidməti göstərmək üçün yeni lisenziyalar verib. Bu barədə «APA-Economics»ə Auditorlar Palatasından məlumat verilib.

Palatadan bildirilib ki, bu fiziki və hüquqi şəxslərin bəzilərinin lisenziyasının müddəti bitdiyindən onlara yenisi verilib. Belə ki, «Audit-Servis» MMC-yə auditor fəaliyyətini həyata keçirməyə icazə verən 01.05.2008-ci il tarixli lisenziyanın fəaliyyəti yanvar ayının 15-də, «Qarant Audit» MMC-yə verilmiş yeni lisenziyanın fəaliyyəti isə yanvarın 19-da rəsmiləşdirilib. Bununla yanaşı, «Kaspian Audit Servis» MMC-nin əməkdaşı Şahin Cəfərova, sərbəst auditorlar Nazim Axundova və İlqar Məmmədova auditor fəaliyyəti hayata keçirmək üçün verilmiş yeni lisenziyalar qüvvəyə minib.

Sərbəst auditorlar İlqar Quliyev və İlham Ələkbərova Azərbaycan Auditorlar Palatası tərəfindən verilmiş lisenziyaların müddəti bitdiyi üçün etibarsiz hesab olunub.

Qeyd edək ki, hazırda Azərbaycanda 50 (48 yerli, 2 xarici filial və nümayəndəlik) hüquqi şəxs və 44 sərbəst auditor fəaliyyat göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR