Bank Of Baku

Ötən il Rusiya 7,4 mlrd. dollarlıq hərbi məhsul ixrac edib

Ötən il Rusiya 7,4 mlrd. dollarlıq hərbi məhsul ixrac edib
# 28 yanvar 2010 10:28 (UTC +04:00)
Bakı – APA-Economics. Ötən il Rusiyanın hərbi məhsullar ixracının həcmi 7,4 mlrd. dollar təşkil edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Rosoboroneksport”un baş direktor müavini Anatoli İsaykin açıqlama verib.

O bildirib ki, bu göstərici 2008-ci illə müqayisədə 10% artıb. İxracın yarısını Hərbi Hava Qüvvələri üçün silah və texnika təşkil edib.

“Rosoboroneksport”un məlumatlarına əsasən, 2001-2009-cu illərdə hərbi məhsulların ixracı 2,4 dəfə artıb. Sifariş portfeli 22 mlrd. dollardan 32 mlrd. dollara qədər artıb. A.İsaykinin sözlərinə görə, 2008-ci ilin payızında başlayan qlobal maliyyə böhranı əcnəbi sifarişçilərin vaxtında ödəniş etməsinə mane olmayıb.

Britaniya Müdafiə və Təhlükəsizlik Təşkilatının məlumatlarına görə, son beş ildə silah ixracı üzrə birinci yeri ABŞ tutur. İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə Rusiya, dördüncü yerdə Fransa qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR