Bank Of Baku

Azərbaycan ötən il traktor istehsalını 20% artırıb

Azərbaycan ötən il traktor istehsalını 20% artırıb
# 28 yanvar 2010 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda maşın və avadanlıqların istehsalı, elektrik və elektron avadanlığı, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 346,9 mln. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə traktor istehsalı 20,2% artıb və bu dövr ərzində 578 ədəd traktor istehsal edilərək istehlakçılara satılıb. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodunda 6 ədəd «Kəpəz» markalı avtokran istehsal edilib. Hesabat ilində həmçinin, 9 227 ədəd televizor istehsal olunmaqla 16,7% çoxalıb, kassa aparatlarının istehsalı isə əvvəlki illə müqayisədə artaraq 284 ədəd olub.

Bu il yanvarın 1-i vəziyyətinə müəssisələrin anbarlarında 38,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 16,8%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR