Bank Of Baku

«AtaBank»ın aktivləri ötən il 30% artıb

«AtaBank»ın aktivləri ötən il 30% artıb
# 28 yanvar 2010 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 199,343 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 30,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 33,8% artaraq 166,837 mln. manat, kredit portfeli 29,1% artaraq 127,388 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 27,6% azalaraq 34,144 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 28,9% artaraq 25,130 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 5,4% artaraq 25,755 mln. manat, xərcləri isə 21,5% artaraq 21,742 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 38,7% azalaraq 4,013 mln. manat olub.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın 18 filialı, 50 bankomatı, 289 POS-terminalı və 268 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR