Bank Of Baku

Azərbaycan hökuməti müdafiəçilər, tərcüməçilər, mütəxəssislər və ekspertlərə ödənilən məbləğin miqdarını artırıb

Azərbaycan hökuməti müdafiəçilər, tərcüməçilər, mütəxəssislər və ekspertlərə ödənilən məbləğin miqdarını artırıb
# 28 yanvar 2010 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklərə əsasən, Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün məbləğlərin miqdarı 2 dəfə artırılaraq 2 manat təsdiq olunub. Qeyd edək ki, əvvəllər bu məbləğ şərti maliyyə vahidinin 0,9 misli olub.

Bundan bşqa, cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat təsdiqlənib. Həmçinin cinayət mühakimə icraatı zamanı mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat təyin olunub. Qeyd edək ki, dəyişikliyə qədər bu məbləğ şərti maliyyə vahidinin 0,3 misli həddində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR