Bank Of Baku

İslam İnkişaf Bankının Azərbaycana sərmayələri son bir ildə kəskin azalıb

İslam İnkişaf Bankının Azərbaycana sərmayələri son bir ildə kəskin azalıb
# 28 yanvar 2010 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3 470,1 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi 2008-ci ilə nisbətən 3,3 dəfə azalıb. Hesabat ilində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 30-a yaxın layihənin icrası üçün 500 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR