Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası üzv təşkilatları mükafatlandırıb - FOTO

Azərbaycan Mikromaliyyə Assosiasiyası üzv təşkilatları mükafatlandırıb - <font color=red>FOTO</font>
# 29 yanvar 2010 07:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) üzv təşkilatların III illik mükafatlandırma mərasimini keçirib.

«APA-Economics»in məlumatına görə, mərasimi giriş sözü ilə açan AMA-nin icraçı direktoru Jalə Hacıyeva ölkədəki mikromaliyyə təşkilatlarının fəaliyyətindən, həmçinin bu təşkilatların son illər ərzində əldə etdiyi nailiyyətlərdən danışıb: «Azərbaycanda fəaliyyət göstərən mikromaliyyə təşkilatlarının əksəriyyəti son illər ərzində xarici maliyyə qurumları ilə əməkdaşlığı gücləndirib. Bu əməkdaşlıq nəticəsində mikromaliyyə təşkilatlarının xaricdən cəlb etdiyi maliyyə resurslarının da həcmində artım müşahidə olunub».

Tədbirdə həmçinin Azərbaycan Mərkəzi Bankının bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət şöbəsinin müdiri Mehman İsmayılov «Bank olmayan kredit təşkilatları haqqında» yeni qanun layihəsinin qəbulu prosesindən və bu sənədin gələcək gözləntilərindən danışıb.

Mərasimdə J.Hacıyeva «AccessBank», «Finca Azerbaijan» və «Dayaq» mikrokredit təşkilatlarını xüsusi diplomlarla təltif edib.

Qeyd edək ki, 50-yə yaxın iştirakçının qatıldığı tədbirdə «CredAgro» təşkilatının direktoru Eldar Cəfərov və digər təşkilatların nümayəndələri iştirak edib.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR