Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi son bir ildə 14% artıb

Azərbaycanda bank aktivlərinin həcmi son bir ildə 14% artıb
# 29 yanvar 2010 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 11 665,17 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin əvvəli ilə müqayisədə 1 381,71 mln. manat və ya 13,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aktivlərin illik dinamikası ötən ilin birinci rübü ərzində 1 458,5 mln. manatlıq azalma, sonrakı dövrdə həmin göstəricinin 2 850,21 mln. manatlıq artımını nümayiş etdirib:




Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi yanvarın 1-nə 7 963,61 mln. manat (xüsusi çəkisi 68,27%), müxbir hesablar 844,60 mln. manat (7,24%), investisiyaların həcmi 836,07 mln. manat (7,17%), nağd vəsaitlər 466,22 mln. manat (4%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 599,49 mln. manat (5,14%), digər aktivlər isə 955,18 mln. manat (8,19%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 82,81%-i öhdəliklərin payına düşür. Beləliklə, bankların öhdəliklərinin həcmi 9 660,18 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlindən 1 091,42 mln. manat və ya 12,7% çoxdur. Öhdəliklərin tərkibində 4 293,39 mln. manatı depozitlər, 4 477,88 mln. manatı maliyyə sektorundan alınmış kredit və depozitlər, 888,91 mln. manatı digər öhdəliklər təşkil edib. Bankların məcmu kapitalı 2009-cu il ərzində 300,28 mln. manat və ya 17,6% artaraq yanvarın 1-nə 2 004,98 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR