Bank Of Baku

«United Credit Bank» ötən il depozit portfelini 71% genişləndirib

«United Credit Bank» ötən il depozit portfelini 71% genişləndirib
# 29 yanvar 2010 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 42,080 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 30,1% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində bankın kredit portfeli 28,5% artaraq 29,235 mln. manata, o cümlədən istehlak kreditləri 30% artaraq 11,775 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 71% genişlənərək 14,366 mln. manata, o cümlədən müddətli depozitlər 39,3% artaraq 8,772 mln. manat, müddətsiz depozitlərin həcmi isə 2,6 dəfə artaraq 5,594 mln. manat olub.

Müddətli depozitlərin strukturunda fiziki şəxlərin depozitləri 31,7% artaraq 7,091 mln. manat, hüquqi şəxslərin depozitləri isə 83,5% artaraq 1,681 mln. manat təşkil edib. Eyni zamanda, müddətsiz depozitlərin strukturunda hüquqi şəxslərin depozitləri 3,5 dəfə artaraq 4,065 mln. manat, fiziki şəxslərin depozitləri isə 58% artaraq 1,416 mln. manata çatıb.

Bununla yanaşı, hesabat dövründə bankın məcmu kapitalı 0,24% artaraq 13,538 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 11,8% artaraq 5,446 mln. manat, xərcləri isə 17,3% artaraq 5,373 mln. manat olub. Ümumi gəlirlərin 4,815 mln. manatı faiz gəlirləri, 631,31 min manatı isə qeyri-faiz gəlirlərinin payına düşüb.

Xərclərin strukturunda faiz xərcləri 1,976 mln. manat, qeyri-faiz xərcləri isə 3,396 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti ötən il ərzində bankın əldə etdiyi mənfəətin həcmi 74 min manat, xalis mənfəəti isə 30 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın 5 filialı, 5 bankomatı, 17 POS-terminalı və 99 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR