Bank Of Baku

Dünya Bankı: Avropa və Mərkəzi Asiya ölkələrində pensiya qıtlığı yarana bilər

Dünya Bankı: Avropa və Mərkəzi Asiya ölkələrində pensiya qıtlığı yarana bilər
# 29 yanvar 2010 08:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Dünya Bankı (DB) yaxın 20 il ərzində Avropa və Mərkəzi Asiya ölkələrinin pensiya sistemində uçurum baş verə biləcəyini bəyan edib.

«APA-Economics»in məlumatına görə, DB-nın ekspertlərinin proqnozlarına əsasən, maliyyə böhranı təsiri altında bu ölkələrdə pensiya vəsaitlərinin qıtlığı (kəsir) 3 dəfə çoxala bilər. Əhalinin sürətlə qocalması isə bu prosesi daha da mürəkkəbləşdirə bilər.

DB bu regionun hökumət strukturlarına qısamüddətli maliyyə problemlərinin həlli siyasətindən sui-istifadə etməməyi məsləhət görür, çünki uzunmüddətli perspektivdə bu siyasət vəziyyəti daha pisləşdirə bilər.

Qeyd edək ki, bu regiona Albaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Ermənistan, Estoniya, Makedoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Latviya, Litva, Moldova, Çernoqoriya, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna daxildir. DB-nın monitorinqinin nəticələrinə görə, bu ölkələr artıq pensiya sistemlərində yaranmış kəsirlə mübarizə üzrə mümkün olan tədbirləri tədqiq edirlər.

DB-nın müşahidələri onu da göstərir ki, bu ölkələrdə əsas problem, əhalinin durmadan qocalması ilə bağlı və daha təhlükəli olan demoqrafik böhrandır. Nəticədə pensiya defisiti hazır ki proqnozları 3 dəfə aşaraq yaxın 20 il ərzində davam edə bilər.

Məhz buna görə də DB-ı pensiya defisiti astanasında duran region ölkələrinə pensiyaların inflyasiyalı indeksləşdirilməsini, pensiya yaşının artırılmasını və kişilərlə qadınların pensiya yaşlarının eyniləşdirməsini, həmçinin vaxtından əvvəl pensiyaya çıxmaq hallarını təxirə salınması üzərində işləməyi tövsiyə edib.

Bununla yanaşı, DB region ölkələrinə pensiya sistemlərini maliyyə bazarlarının dayanıqsızlığından sığortalamağı təklif edib.

Qeyd edək ki, Azərbaycanda artıq bu istiqamətdə məqsədyönlü işlər aparılıb və tədbirlərin gələcəkdə davam edəcəyi gözlənilir. Bu gün artıq Azərbaycanın pensiya sisteminin fəaliyyəti digər ölkələrə nümunə kimi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR