Bank Of Baku

Ben Bernanke ikinci müddətə ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri vəzifəsinə təsdiqlənib

Ben Bernanke ikinci müddətə ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri vəzifəsinə təsdiqlənib
# 29 yanvar 2010 08:35 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Senatı Ben Bernankeni növbəti dörd il müddətinə Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri vəzifəsinə təsdiq edib.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, B.Bernankenin vəzifədə qalmasının lehinə 70, əleyhinə 30 senator səs verib.

Senatın dəstəyini qazanmayacağı halda, FES rəhbəri qarşıdakı bazar günündə vəzifəsini tərk etməli idi. Bu, FES rəhbəri vəzifəsinə səsvermə tarixində ən gərgini hesab olunur. Bernankenin əleyhdarları onu yaxınlaşmaqda olan böhranın əlamətlərini hiss etməməkdə və bank sistemini dəstəkləmək üçün külli miqdarda vəsait xərcləməkdə ittiham ediblər. Tərəfdarları isə onun böhran şəraitində maliyyə sektorunu idarə etmək və təhlükənin qarşısını almaq bacarıqlarını qeyd ediblər.

Qeyd edək ki, B.Bernanke FES-ə 2006-cı ilin fevralından rəhbərlik edir. O, uçot dərəcələrini illik 0-0,25%-ə endirməklə maliyyə sektoruna likvidlik çatışmazlığı şəraitindən çıxmaq şansı qazandırıb. 2009-cu ilin dekabrında “Time” jurnalı B.Bernankeni “İlin adamı” elan edib. “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu adamlarının siyahısında isə FES rəhbəri dördüncü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR