Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, M3 aqreqatının həcmi dekabr ayında 7% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı 2009-cu il ərzində 1,5% artaraq 6 169,2 mln. manata çatıb:
(mln. manat)
| 01.01.2009 | 01.12.2009 | 01.01.2010 |
M0 (nağd pullar) | 4 145,7 | 3 805,7 | 4 174,8 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 5 145,0 | 4 706,6 | 5 239,8 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 6 081,0 | 5 575,6 | 6 169,2 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 8 494,2 | 7 904,9 | 8 469,2 |
Cari ilin yanvarın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 67,7% təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 0,5 faiz bəndi azdır. Nağd pulların xüsusi çəkisinin azalması müsbət hal olsa da, azalma tempi arzuolunan səviyyədə deyil.