Bank Of Baku

Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 29 yanvar 2010 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 1-dən etbarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə başlanacaq. Hərraca ilkin olaraq 3 mln. manat həcmində istiqraz çıxarılacaq.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, yerləşdirmənin başlanma tarixində istiqrazların satış qiyməti istiqrazın nominal dəyərinin 100%-ni, yəni 1000 manat təşkil edir. İstiqrazların ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci emissiyasının prospekti 2009-cu ilin 30 dekabr tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, gəlirlik illik 3,25% təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulla BFB vasitəsi ilə keçiriləcək, depozitari xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək. Bu yaxınlarda isə AİF 55 mln. manat həcmində olan ilk emissiyanın yerləşdirilməsini başa çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR