Bank Of Baku

Azərbaycanda kredit qoyuluşlarının həcmi ötən il 17% artıb

Azərbaycanda kredit qoyuluşlarının həcmi ötən il 17% artıb
# 29 yanvar 2010 09:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 8 407,5 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin əvvəli ilə müqayisədə 1 244,3 mln. manat və ya 17,4% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, dekabrda kredit qoyuluşlarının həcmi 342,9 mln. manat və ya 4,3% artıb.

Kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə strukturunda əsas hissəni, ənənəvi olaraq, ev təsərrüfatlarına (istehlak kreditləri) və ticarət və xidmət sektoruna verilən kreditlər təşkil edib. Belə ki, ev təsərrüfatlarının payına ümumi kredit portfelinin 27,7%-i, ticarət və xidmət sektorunun payına isə 21,8%-i düşüb. İstehlak kreditlərinin xüsusi çəkisi il ərzində 4,9 faiz bəndi, ticarət və xidmətin xüsusi çəkisi 4,9 faiz bəndi azalıb. Bu da o deməkdir ki, istehlak kreditləri və ticarət kreditlərinin payların azalması hesabına real iqtisadiyyata, o cümlədən istehsala aid olan sektorlara kredit qoyuluşlarının həcm və xüsusi çəki göstəriciləri artıb. Məsələn, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlərin həcmi hesabat ili ərzində 1,8 dəfə artaraq 1,522 mlrd. manata çatıb, bu təsnifatın xüsusi çəkisi isə 11,9%-dən 18,1%-dək yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR