Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 23% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 23% artıb
# 29 yanvar 2010 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2009-cu il ərzində 429,6 mln. manat və ya 22,6% artaraq 2010-cu ilin yanvarın 1-nə 2 334,8 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ev təsərrüfatlarının bank depozitlərinin strukturunda əsas yeri müddətli depozitlər tutur.

Belə ki, əmanətlərin 1 814,8 mln. manatı və ya 77,7%-i müddətli, qalan hissəsi isə tələb olunanadək olan depozitlərdir. Valyuta strukturunda isə manat depozitlərinin xüsusi çəkisi 41,4% təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2008-ci ilin əvvəlində bu göstərici 54,4%-ə bərabər olub. Beləliklə, əhali tərəfindən bank əmanətlərində manata olan etimadı azalıb və ya banklar dollar və avronun qeyri-sabit olması səbəbindən valyuta depozitləri cəlb etmək üçün bu növ əmanətlər üzrə gəlirliyi daha yüksək edib ki, bunun nəticəsində əhali arasında valyuta depozitlərinə olan maraq artıb.

Qeyd edək ki, il ərzində valyutada olan müddətli əmanətlərin həcmi 1,7 dəfə artaraq 1,2 mlrd. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR