Bank Of Baku

Azərbaycan banklarının xarici aktivlərinin həcmi ötən il 8% artıb

Azərbaycan banklarının xarici aktivlərinin həcmi ötən il 8% artıb
# 29 yanvar 2010 12:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici aktivlərinin həcmi 2009-cu il ərzində 94 mln. manat və ya 8% artaraq 2010-cu ilin yanvarın 1-nə 1 273,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici təkcə 2009-cu ilin dekabr ayında 133,2 mln. manat və ya 11,7% artıb.

Eyni zamanda, bankların xarici öhdəliklərinin həcmi 2010-cu ilin yanvarın 1-nə 1 932,3 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 116,2 mln. manat və ya 5,7% azdır. Bu göstərici dekabr ayında 103,8 mln. manat və ya 5,6% artıb.

Xatırladaq ki, Azərbaycanın kommersiya banklarının xarici öhdəliklərinin maksimal həddi 2008-ci ilin noyabrın 1-də müşahidə olunub və 2 155,2 mln. manat təşkil edib.

Beləliklə, Azərbaycandakı kommersiya bankların xarici öhdəlikləri məcmu xarici aktivlərini 658,6 mln. manat və 51,7% üstələyib. Müqayisə üçün bildirək ki, 2009-cu ilin əvvəlində bu nisbət 868,8 mln. manat və ya 70% təşkil edib. Göründüyü kimi, bu nisbətin müəyyən dərəcədə azalması həm məcmu xarici aktivlərin 2009-cu ildə artması, həm də bu dövr ərzində xarici öhdəliklərin azalması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR