Bank Of Baku

Naxçıvanda ÜDM-in həcmi ilk dəfə olaraq 1 mlrd. dolları ötüb

Naxçıvanda ÜDM-in həcmi ilk dəfə olaraq 1 mlrd. dolları ötüb
# 29 yanvar 2010 13:53 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Naxçıvan Muxtar Respublikasında (MR) ümumi daxili məhsulun (ÜDM) həcmi ilk dəfə olaraq 1 mlrd. ABŞ dolları səviyyəsini üstələyib. APA-nın məlumatına görə, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

“2008-ci ildə ümumi daxili məhsul istehsalı 796 milyon manat təşkil edirdisə, 2009-cu ildə bu göstərici müqayisəli qiymətlərlə 21 faiz artaraq 973 milyon manatdan çox olub” - deyə, komitənin məlumatında qeyd olunur.

Ötən il adambaşına düşən ÜDM-in həcmi 377 manat artaraq 2 435 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR