Bank Of Baku

«Unibank» vasitəsi ilə aparılan fiziki şəxslərin pul köçürmələri ötən il 28% artıb

«Unibank» vasitəsi ilə aparılan fiziki şəxslərin pul köçürmələri ötən il 28% artıb
# 29 yanvar 2010 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin fiziki şəxslərin pul köçürmələri üzrə dövriyyəsinin ümumi həcmi 2009-cu il ərzində 27,5% artaraq 25,5 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın filialları və şöbələri vasitəsilə ötən il ərzində hesab açılmadan 45 603 pul köçürməsi həyata keçirilib. Bankda fəaliyyət göstərən pul köçürmələri sistemləri vasitəsilə ölkə hüdudlarından kənara dollar əkvivalentində 5,26 mln. dollar göndərilib, 26,45 mln. dollar isə alınıb. Pul köçürmələri seqmentində bankın orta aylıq dövriyyəsi 67%, gəliri isə 1,6 dəfə artıb.

Xatırladaq ki, bank hazırda «Western Union», «Bıstraya Poçta», «Contact», «Faster», «Xpmoney», «Migom» və «Lider» sistemləri ilə işləyir.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 23 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR