Bank Of Baku

DGK Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal müddəti ilə bağlı hədd qoyulmasını təklifi edib

DGK Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal müddəti ilə bağlı hədd qoyulmasını təklifi edib
# 30 yanvar 2010 08:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycana idxal olunan spirtli içkilərə gömrük rüsumlarının artırılması və həmçinin idxal olunan minik avtomobillərinin istehsal müddəti ilə bağlı hədd qoyulması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, DGK-nın sədri Aydın Əliyev bildirib ki, minik avtomobillərinin ölkəyə idxalına buraxılışı ilə bağlı məhdudiyyət qoyulmasına ehtiyac var: “Bu təklifin konkret hansı illərdə istehsal olunan maşınlara şamil ediləcəyini deyə bilmərəm. Bundan əvvəl biz təklif etmişdik ki, MDB ölkələrindən gətirilən avtomobillərə 5 il, uzaq xarici ölkələrdən gətirilənlərə isə 7 il müddət verilməlidir. Amma bu müddət də çoxdur. Bəzi maşınlar texniki tələblərə cavab vermir. Əsas məsələ odur ki, idxal olunan avtomobillər “Avro-2” və “Avro-3” standartlarına cavab verməlidir”.

Aydın Əliyev həmçinin bildirib ki, Azərbaycanda avtomobil idxalına tətbiq olunan vergi rüsumunun artırılması da təklif olunur.

DGK sədri spirtli içkilərlə bağlı rüsumun növlər üzrə tətbiq edilməsi təklifinin irəli sürdüyünü bildirib: “Spirtli içkilərlə bağlı gömrük rüsumu konkret növlər üzrə olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR