Bank Of Baku

«Muğan Bank»ın uduşlu istiqrazları üzrə ikinci tiraj keçirilib

«Muğan Bank»ın uduşlu istiqrazları üzrə ikinci tiraj keçirilib
# 30 yanvar 2010 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Azərbaycanın «Muğan Bank» ASC-nin uduşlu istiqrazlarının növbəti, ikinci tirajı keçirilib. Tədbirdə iştirak edən «APA-ECONOMICS»in əməkdaşın məlumatına görə, ötən ilin dekabrın 15-də keçirilmiş istiqrazların birinci tirajında cəmi 100 istiqraz sahibi uğur qazanıbsa, bugünki tirajda uduşların sayı və udmaq şansı iki dəfə artırılıb.

Bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə, ümumi dəyəri 10 mln. manat olan 200 min istiqraz vərəqəsi buraxılıb. Bu istiqrazlar adsız, yəni təqdim edən üçün etibarlı sayılan qiymətli kağızlardır.

«On il müddətində hər 45 gündən bir, cəmi 80 tiraj keçiriləcək və hər bir tiraj haqqında istiqraz sahiblərinə məlumat veriləcək. Bizim məhsulun emissiyası ildə 9% gəlir gətirir. Bundan başqa, biz illik 2% gəlir dərəcəsi müəyyən etmişik. Bu isə o deməkdir ki, əgər istiqrazlar uduşsuz olarsa, həmin istiqrazların sahibi onları təhvil verərkən istiqraz vərəqələrinin üzərindəki bütün nominal məbləği və üstəlik, göstərilən illik faizləri alacaq. Xatırladım ki, bu uzunmüddətli layihənin uduş fondu 8,848 mln. manatdır, yəni, ümumi emissiyanın təxminən 90%-i uduşlu istiqrazlardır”.

Qeyd edək ki, əgər birinci tirajda 100 manatlıq uduşa 6 iddiaçı vardırsa, artıq növbəti oyunda, 2010-cu ilin birinci tirajında bu məbləğə iddiaçıların sayı artaraq 66 nəfər təşkil edir. Birinci tirajın nəticələrinə görə, 250 manatlıq uduşların sahibləri 30 nəfər olmuşdursa, yeni şərtlərə əsasən, bu məbləğə artıq 62 nəfər ümid bəsləyir. Bundan başqa 500 manat 42 nəfəri gözləyir, əvvəllər isə bu rəqəm 29 nəfər idi. Əvvəlki tirajda 1000 manatlıq uduşa 18 nəfər sahib ola bilərdisə, ikinci tirajda bu rəqəm 20 nəfərə çatıb. Bundan əlavə 2500 manat dəyərində olan uduşa 5 nəfər, 5000 manatlıq uduşa 3 nəfər və, nəhayət, 10000 manatlıq uduşa 2 nəfər sahib ola bilər.

Ş. Ələkbərovun sözlərinə görə, növbəti, üçüncü tirajı səyyar tiraj olacaq və martın 15-də Gəncədə keçiriləcək.

Xatırladaq ki, istiqrazlarının ikinci tirajı www.muğanbank.az saytında on-line rejimdə yayımlanır. Tirajın yekunları “Xalq qəzeti”ndə dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR