Bank Of Baku

Azərbaycanda Riskləri İdarəetmə Mərkəzinin elektron sistemini yaradacaq

Azərbaycanda Riskləri İdarəetmə Mərkəzinin elektron sistemini yaradacaq
# 30 yanvar 2010 10:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) cari ilin sonunadək Riskləri İdarəetmə Mərkəzinin elektron sistemini yaradacaq. APA-nın məlumatına görə, bu barədə DGK sədri Aydın Əliyev bildirib.

«Burada əsas məqsəd sərhədin peyk vasitəsi ilə idarə olunması və nəzarətin qurulmasıdır», - deyə A. Əliyev vurğulayıb.

DGK sədrinin sözlərinə görə, Riskləri İdarəetmə Mərkəzinin yaradılmasında Türkiyənin gömrük xidmətinin modeli əsas götürülüb.

A. Əliyev cari ilin sonuna qədər dövlət sərhədlərindəki 5 gömrük-keçid məntəqəsində yenidənqurma işlərinin başa çatdırılaraq istifadəyə veriləcəyini, elektron bəyannamələr keçidlə bağlı işlərin davam etdiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR