Bank Of Baku

ABŞ-da varlılar əlavə vergiyə cəlb olunacaq

ABŞ-da varlılar əlavə vergiyə cəlb olunacaq
# 01 fevral 2010 07:05 (UTC +04:00)
Bakı – APA-Economics. Barak Obama administrasiyası 1 oktyabrda başlayacaq 2010-2011-ci maliyyə ilində ABŞ-da işsizliklə mübarizəyə əlavə 100 mlrd. dollar ayırmaq niyyətindədir.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, Ağ Ev Konqresə 3,8 trln. dollarlıq büdcəni təsdiqləməyi təklif edəcək.

İşsizliklə mübarizə üçün vəsaitin bəzi sosial proqramlara xitam verilməsi, eləcə də ABŞ-ın zəngin vətəndaşlarına yeni vergilər tətbiq edilməsi hesabına toplanması planlaşdırılır.

ABŞ hökuməti sentyabrın 30-da başa çatacaq cari maliyyə ilində büdcə kəsirinin 1,6 trln. dollar, gələn il isə 1,3 trln. dollar olacağını proqnozlaşdırır. Ötən maliyyə ilində isə bu göstərici 1,42 trln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR