Bank Of Baku

Maliyyə Nazirliyi bu həftə sığortaçılar üçün növbəti test imtahanı keçirəcək

Maliyyə Nazirliyi bu həftə sığortaçılar üçün növbəti test imtahanı keçirəcək
# 01 fevral 2010 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 5-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçılar üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün bu ilin fevral ayının 4-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR