Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsindəki müsbət saldo ötən il 5 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsindəki müsbət saldo ötən il 5 dəfə azalıb
# 01 fevral 2010 07:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economicç. Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsində 8 578 771,8 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat ilində Azərbaycan 138 ölkə ilə ticarət əməliyyatları həyata keçirib. Ticarət dövriyyəsinin ümumi həcmi 20 818 221,2 min dollar (ixrac 14 698 496,6 min dollar, idxal isə 6 119 724,7 min dollar) təşkil edib. O cümlədən, ölkəyə 28 392,3 min dollar dəyərində əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə humanitar və texniki yardım, təmənnasız kömək şəklində daxil olub.

Ümumi ticarət dövriyyəsi 2008-ci il ilə müqayisədə 2,6 dəfə, müsbət saldo isə 4,7 dəfə azalıb. O cümlədən, ixrac əməliyatlarının həcmində 2008-ci ilə nisbətən 69,22%, idxal əməliyyatlarının həcmində isə 14,64% azalma olub. Müvəqqəti ixrac rejimində Azərbaycandan 138 043,7 min dollar dəyərində mal ixrac edilib, 452 774,2 min dollar dəyərində mal isə müvəqqəti idxal olunub.

İxracda əsas yeri xam neft (81,57%), neft məhsulları (10,09%), meyvə-tərəvəz (1,31%), idxalda isə elektrik avadanlıqları və onların ehtiyat hissələri (34,79%), nəqliyyat vasitələri və onların hissələri (12,76%), qara metallar və onlardan hazırlanan məmulatlar (9,09%) və qalan hissələrini digər əmtəələr təşkil edib. Xam neftin ixracda xüsusi çəkisi 2008-ci ilə nisbətən 10,92 faiz bəndi azalıb, neft məhsullarının xüsusi çəkisi isə 5,79 faiz bəndi artıb.

Ötən il Azərbaycanın ixracatında əsas yeri İtaliya (25,77%), ABŞ (11,88%), Fransa (9,02%), idxalda isə Rusiya (17,50%), Türkiyə (14,80%), və Almaniya (9%) tutub.

Qeyd edək ki, 2009-cu ildə xarici ticarətlə 9 261 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 93,62%, özəl sektorun payı 5,30%, fiziki şəxslərin payı isə 1,08% təşkil edib. İdxalda isə bu göstəricilər müvafiq olaraq 33,08%, 61,99% və 4,93% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR