Bank Of Baku

Azərbaycan əhalisi ötən il nağd dolların alışını 17% artırıb

Azərbaycan əhalisi ötən il nağd dolların alışını 17% artırıb
# 01 fevral 2010 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd dolların həcmi 2009-cu ilin dekabr ayında 167 095 700 dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 53% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alışının həcmi isə dekabrda 541 776 600 dollara bərabər olub ki, bu da noyabrın göstəricisindən 33,6% çoxdur.

Qeyd edək ki, 2008-ci ilin dekabrında əhali tərəfindən 94 179 800 dollar məbləğində satış və 676 003 600 dollar məbləğində alış əməliyyatları həyata keçirilib.

Ümumilikdə, 2009-cu il ərzində əhali 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları həyata keçirib ki, bu göstəricilər əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.

Beləliklə, Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışın həcmini 4,1 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR