«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,04% artaraq 0,8035 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,03% artaraq 0,8035 manata bərabər olub:
Göründüyü kimi, yanvarın 28-də birja bazarında dövriyyənin kəskin artması və məzənnənin kəskin enməsi müşahidə olunub ki, bu amillərin birgə olması da ünvanlı əqdlərin ilkin əlamətlərindəndir.
Avronun rəsmi məzənnəsi 1,6% azalaraq həftənin son gününə 1,1195 manat təşkil edib:
Avronun məzənnəsinin manata qarşı kəskin enməsi dünya bazarlarında dolların avroya qarşı möhkəmlənməsinin nəticəsi olub.