Bank Of Baku

«AtaBank»ın müddətli depozitlərinin həcmi ötən il 65% artıb

«AtaBank»ın müddətli depozitlərinin həcmi ötən il 65% artıb
# 01 fevral 2010 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin 2009-cu ildə müddətli depozitləri 64,5% və ya 53,8 mln. manat artaraq 137,2 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın fiziki şəxslər üzrə müddətli əmanətlərinin həcmi 39,1% artaraq 78,7 mln. manatı keçib. Bu müddət ərzində bankın aktivlərin (ROA) və kapitalın (ROE) gəlirliliyi əmsalı müvafiq olaraq 2,3% və 26,8% təşkil edib.

Qeyd edək ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 199,343 mln. manat, kredit portfeli 127,388 mln. manat, depozit portfeli 166,837 mln. manat, məcmu kapitalı 25,130 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 17 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR