Bank Of Baku

«Bank Nikoil»un aktivləri ötən il 30% azalıb

«Bank Nikoil»un aktivləri ötən il 30% azalıb
# 01 fevral 2010 09:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank Nikoil» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 206,262 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 30% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 7% azalaraq 55,666 mln. manat, kredit portfeli 12,4% artaraq 143,232 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 23,3% azalaraq 62,031 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 2,7% artaraq 29,859 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,5 mln. manata çatıb.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 16,6% artaraq 39,565 mln. manat, xərcləri isə 17,2% artaraq 37,361 mln. manat təşkil edib. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi son bir ildə 7,4% artaraq 2,203 mln. manat olub.

Xatırladaq ki, təsisçisi Rusiyanın «UralSib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Bank Nikoil» ASC 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın 13 filialı, 24 bankomatı, 60 POS-terminalı, 330 işçisi və 70 672 nəfər müştərisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR