Bank Of Baku

Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçiriləcək

Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçiriləcək
# 01 fevral 2010 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 2-də Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçiriləcək.

Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə yaradılmış Korporativ İdarəetməyə dair İşçi Qrupu tərəfindən Azərbaycan Korporativ İdarəetmə Standartlarının layihəsi hazırlanıb və IFC nümayəndələri də İşçi Qrupunun fəaliyyətində və standartların hazırlanmasında iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Korporativ İdarəetmə Standartları yerli şirkətlərin idarəetmə ilə bağlı üzləşdiyi problemlərin həllinə dair zəruri vasitə və mexanizmləri əhatə edərək, səhmdarların hüquqlarının qorunması, idarəetmə orqanları arasında tarazlığın yaradılması, şəffaflığın təmin olunması və bu kimi digər qabaqcıl korporativ idarəetmə prinsiplərini özündə əks etdirir. Könüllü xarakter daşıyan bu standartlar korporativ idarəetmə sahəsində mövcud qanunvericiliklə tənzimlənməyən münasibətlərə aydınlıq gətirir və qabaqcıl təcrübələrin Azərbaycanda tətbiq olunmasına xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR