Bank Of Baku

Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 1,5 mlrd. manata çatıb

Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 1,5 mlrd. manata çatıb
# 01 fevral 2010 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) iştirakçı banklardan 2009-cu ilin IV rübü üzrə topladığı təqvim haqlarının həcmi 711 min manat, 1,224 mln. ABŞ dolları, 158 min avro təşkil edib.
ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, iştirakçı bankların Fondun reyesterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər daxil olan ümumi məbləğ 18 165 322 manat olub.
Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2 170 mln. manat, o cümlədən qorunmayan əmanətlər 674,885 mln. manat, qorunan əmanətlər isə 1 495 mln. manat təşkil edib. Qorunan əmanətçilərin sayı 5 077 670 nəfər, iştirakçı bankların sayı isə 42-dir.
Qeyd edək ki, 2009-cu ilin yanvar ayının 1-dən üzv banklarda illik 15%-dən yuxarı yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR