Bank Of Baku

Yanvarda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2,4 dəfə artıb

Yanvarda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2,4 dəfə artıb
# 01 fevral 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 36 ticarət sessiyasında 44 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 16 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 63,856 mln. manat və ya dollar ekvivalentində 79,537 mln. təşkil edib. Bu isə ötən ilin dekabr ayı ilə müqayisədə 2,1 dəfə az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 2,4 dəfə çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,419 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,808 mln. dollar təşkil edib.

Eyni zamanda yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (24,04%), «Paşa Bank» (16,64%), «Azərbaycan Sənaye Bankı» (16,09%), «Bank Respublika» (13,83%) və «YapıKredi Bank Azərbaycan» (9,24%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR