Bank Of Baku

Azərbaycan Hesablama Palatası «Azəryolservis»da yoxlama aparacaq

Azərbaycan Hesablama Palatası «Azəryolservis»da yoxlama aparacaq
# 01 fevral 2010 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatası bir sıra dövlət təşkilatlarında audit keçirəcək. Bu barədə «APA-Economics»ə Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Palatanın kollegiyası Bakı şəhəri üzrə Təhsil İdarəsi, «Azəryolservis» ASC və Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində auditin aparılması proqramını təsdiq edib. Proqrama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin proqnozlaşdırılması, tərtibi və icrası, «Azəryolservis» ASC-də dövlət büdcəsindən investisiyalara yönəldilən vəsaitlərin həcmi, strukturu və vaxtında icrası, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin gəlir və xərclərinin icrası yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR