Qeyd edək ki, son 9 il ərzində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə tədricən azalma tendensiyası müşahidə olunub:
* Dövrün sonuna
Ötən il vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin artması ümumilikdə mənfi göstərici kimi qəbul olunsa da, iki amil nəzərə alınmaqla vəziyyət daha müsbət qiymətləndirilə bilər. Belə ki, ilk növbədə böhran ili kimi yadda qalan 2009-cu ildə əksər ölkələrdə, xüsusən də inkişafda olan ölkələrin bank sistemlərində vaxtı keçmiş kreditlərin xüsusi çəkiləri hətta 10-15%-ə çatıb. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının hesablamalarına görə, göstərilən 3,6%-lik həcmin təxminən 1/3-i girovla təmin edilməmiş kreditlərin payına düşür.