Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,1% düşüb

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,1% düşüb
# 01 fevral 2010 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,1% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8043 AZN-dən 0,8035 AZN-dək düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi yanvar ayında 0,8028 AZN-ə bərabər olub. Halbuki, 2009-cu ilin dekabr ayında bu göstərici 0,8036 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən 36 ticarət sessiyasında 16 bankın iştirakı ilə 63,856 mln. manat və ya 79,537 mln. dollar həcmində 44 alqı-satqı əqdi qeydə alınıb. Bu isə 2009-cu ilin dekabr ayı ilə müqayisədə 2,1 dəfə az, ötən ilin yanvar ayına nisbətən isə 2,4 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR