Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvarda kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi yanvarda kəskin azalıb
# 01 fevral 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 140 761 764,25 manat təşkil edib. Bu da, 2008-ci ilin eyni dövrünün analoji göstəricisindən 7,7 dəfə azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat ayında korporativ qiymətli kağızlar (KQK) bazarı 4,7 dəfə azalıb. Korporativ istiqrazların ilkin bazarında 8 əqd üzrə 6 015 501,01 manatlıq yerləşdirmə qeyda alınıb, istiqrazların təkrar bazarında isə 11 093 085,29 manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu göstərici 5,2 dəfə çoxdur. Ümumiyyətlə isə, korporativ istiqrazlar bazarı yanvarda 8 dəfə artıb.

Səhm bazarına gəldikdə isə, hesabat ayında bu növ kağız üzrə qeydə alınan əqdlərin həcmi 2 938 724,68 manat təşkil edib və 2009-cu ilin yanvar ayına nisbətən 32 dəfə azdır. Səhmlərin ilkin bazarı yanvarda 47,5 dəfə, təkrar bazarı isə 14,5 dəfə azalıb.


Bazarın seqmentləri

Yanvar,2010

Yanvar,2009

Nisbət (%)

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar
(yerləşdirmə)

6 015 501,01

8

0,00

0

-

Korporativ istiqrazlar
(təkrar bazar)

11 093 085,29

3

2 139 135,00

4

5,2 dəfə

Kİ bazarı cəmi

17 108 586,30

11

2 139 135,00

4

8 dəfə

Səhmlər (yerləşdirmə)

1,500,000.00

2

71,256,430.00

25

-47,5 dəfə

Səhmlər (təkrar bazar)

1,438,724.68

178

20,854,646.60

163

-14,5 dəfə

Səhm bazarı cəmi

2,938,724.68

180

92,111,076.60

188

-32 dəfə

KQK bazarı cəmi

20 047 310,98

191

94 250 211,60

192

-4,7 dəfə



Bundan başqa, cari ilin yanvar ayında həmçinin birjada dövlət istiqrazları (Dİ) bazarında da azalma müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istqrazlarının ilkin bazarının həcmi 2,4 dəfə, təkrar bazarın həcmi isə 14,9 dəfə azalıb. Ümumiyyətlə isə, yanvar ayında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin yanvar ayı ilə müqyaisədə 8,2 dəfə azalıb.


Bazarın seqmentləri

Yanvar,2010

Yanvar,2009

Nisbət (%)

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AR MN)  (yerləşdirmə)

13,963,680.08

8

33,733,923.62

22

-2,4 dəfə

Dİ (AR MN)
(təkrar bazar)

1,607,391.28

3

23,887,126.26

20

-14,9 dəfə

Dİ bazarı cəmi

15 571 071,36

11

57 621 049,88

42

-3,7 dəfə

Notlar (AMB) (yerləşdirmə)

13 589 882,97

7

100 739 761,42

42

-7,4 dəfə

Notlar (AMB)
(təkrar bazar)

0,00

0

24 733 082,10

15

0,00

Not bazarı cəmi

13 589 882,97

7

125 472 843,52

57

-9,2 dəfə

Repo əməliyyatları

91 553 498,94

75

809 250 798,82

118

-8,8 dəfə

DQK bazarı cəmi

120 714 453,27

93

992 344 692,22

217

-8,2 dəfə


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Respublikasının Mərkəzii Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR