Bank Of Baku

Azərbaycan İpoteka Fondunun ikinci istiqraz emissiyasının ilk hissəsi uğurla yerləşdirilib

Azərbaycan İpoteka Fondunun ikinci istiqraz emissiyasının ilk hissəsi uğurla yerləşdirilib
# 01 fevral 2010 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının ilk hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investorun iştirakı ilə keçirilən hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb və sifarişlərin nominal üzrə məbləği 9,593 mln. manat təşkil edib. Sifarişlər 100,00% qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu istiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cı ilin dekabrın 11-də icra olunacaq.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci emissiyasının prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR