Bank Of Baku

«VTB Azərbaycan» bankında kadr dəyişikliyi baş verib

«VTB Azərbaycan» bankında kadr dəyişikliyi baş verib
# 01 fevral 2010 15:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «VTB Azərbaycan» Səhmdar Komersiya Bankının rəhbərlərindən biri, biznes blokun başçısı Elşən Bədirxanov tutduğu vəzifədən istefa verib. Etibarlı mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, E.Bədirxanovun işdən çıxmasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, ötən ilin noyabrında «VTB Azərbaycan»ın İdarə Heyətinin sədri vəzifəsinə O.S.Krasnojon təyin edilib. Bundan əvvəl, 2007-ci ilin sentyabrından bu vəzifədə çalışan Ruslan Məhəmmədli «VTB Gürcüstan» bankına rəhbər vəzifələrdən birinə təyin olunub.

Xatırladaq ki, 16 il bank sektorunda iş staji olan Elşən Bədirxanov 2004-2005-ci illərdə «Bank of Baku»da İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb, 2007-ci ilin sentyabrından «VTB Azərbaycan» bankında İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. Evlidir, iki övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR