Bank Of Baku

Fevralın sonunda «Rabitəbank»ın səhmdarlarının toplantısı keçiriləcək

Fevralın sonunda «Rabitəbank»ın səhmdarlarının toplantısı keçiriləcək
# 02 fevral 2010 06:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 25-də «Rabitəbank» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın fəaliyyəti ilə bağlı cari və təşkilati məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərininn həcmi 103,736 mln. manat, depozit portfeli 84,889 mln. manat, kredit portfeli 72,710 mln. manat, məcmu kapitalı 13,146 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 20 filialı, 25 bankomatı və 117 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR