Bank Of Baku

«A-Group» sığorta şirkətinin səhmdarlarının növbəti iclası fevralın sonunda keçiriləcək

«A-Group» sığorta şirkətinin səhmdarlarının növbəti iclası fevralın sonunda keçiriləcək
# 02 fevral 2010 07:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 26-da «A-Group» sığorta şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin illik hesabatları, büdcəsi və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,23 mln. manat, ödənişləri isə 5,05 mln. manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manatdır. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR