Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu risklərin ölçülməsi sistemi proqram təminatının tətbiqinə başlayır

Azərbaycan Dövlət Neft Fondu risklərin ölçülməsi sistemi proqram təminatının tətbiqinə başlayır
# 02 fevral 2010 07:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) risklərin ölçülməsi sistemi proqram təminatının tətbiqi üzrə keçirilmiş tenderin qalibi «RiskMetrics Solutions İnc.» şirkəti ilə müqavilə imzalayıb. Bu barədə «APA-Economics»ə ARDNF-dan məlumat verilib.

Risklərin ölçülməsi sistemi üzrə müqavilənin dəyəri illik 160 min ABŞ dolları təşkil edir. Müqavilə 5 illik müddətə bağlanıb. Sistemin həyata keçirilməsinin 6 ay ərzində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, «RiskMetrics Solutions İnc.» maliyyə təşkilatlarına risklərin ölçülməsi, korporativ idarəetmə və maliyyə təhsili sahəsində xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR