Bank Of Baku

Karolina Brayt: «Azərbaycanda korporativ idarəetmənin tətbiqi əsasən bank sektorunda müşahidə olunur»

Karolina Brayt: «Azərbaycanda korporativ idarəetmənin tətbiqi əsasən bank sektorunda müşahidə olunur»
# 02 fevral 2010 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda korporativ idarəetmənin tətbiqi əsasən ölkənin bank sektorunda müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) rəhbəri Karolina Brayt bildirib.

Onun sözlərinə görə, buna əsas səbəb Azərbaycan Mərkəzi Bankı tərəfindən vaxtı ilə korporativ idarəetmənin tətbiqini tələb etməsi olub: «Bununla yanaşı, Azərbaycan bankları depozit cəlb etmək üçün keyfiyyətli korporativ idarəetmə sisteminə malik olmalıdır».

K.Brayt onu da qeyd edib ki, korporativ idarəetmənin tətbiqində digər şirkətlərin də (qeyri-bank müəssisələri) marağı az deyil və həmin təşkilatlara da korporativ idarəetmə vacibdir.

Qeyd edək ki, Azərbaycnda AKİL-in ilk fazası 2005-2007-ci illəri əhatə edib və bu dövr ərzində pilot təşkilatlar 100 mln. dollar məbləğinə vəsait cəlb edə bilib. Layihənin ikinci fazası isə 2008-ci ilin iyun ayında başlayıb və artıq 2010-cu ilin sonunda başa çatacağı gözlənilir. Layihəyə həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR