Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu xaricdən kredit cəlb edəcək

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu xaricdən kredit cəlb edəcək
# 02 fevral 2010 12:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyətini genişləndirmək məqsədi ilə xaricdən kredit resursları cəlb edə bilər. Bunu «APA-Economics»ə açıqlamasında Fondun icraçı direktor Şirzad Abdullayev bildirib.

Qeyd edək ki, perspektivdə SKMF-in tədricən özünümaliyyələşdirmə prinsipinə keçirilməsi və dövlət büdcəsi vəsaitlərindən imtina edilməsi plalaşdırılır. Bununla bağlı, Fond tərəfindən xarici və daxili mənbələrdən kreditlərin cəlb edilməsi mümkünlüyü barədə müsbət qərar qəbul olunub. Xarici kreditor qismində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və s. maliyyə qurumları çıxış edə bilər.

Ş.Abdullayevin sözlərinə görə, bu yolla vəsaitlərin cəlb olunub-olunmaması tələbatdan, Fondun kreditləşmə fəaliyyəti üçün sərəncamındakı vəsaitlərin həcmindən asılı olacaq.

SKMF tərəfindən istiqrazların buraxılması ehtimalına münasibət bildirən Fondun rəhbəri bu mexanizmin həyata keçirilməsinin nəzərdə tutulmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR