Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti korporativ istiqrazlar buraxa bilər

Azərbaycan Dövlət Neft Şirkəti korporativ istiqrazlar buraxa bilər
# 02 fevral 2010 12:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) iri layihələrinə maliyyə vəsaiti cəlb etmək üçün korporativ istiqrazların buraxılması məsələsinə baxa bilər. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq şirkət bu istiqamətdə sənədləşmə işləri aparıb.

«Ehtiyac olarsa, istiqrazların buraxılması məsələsinə baxıla bilər. Bu gün maliyyə qurumları bizə lazım olan vəsaiti verməyə hazırdır və çalışırıq ki, minimum borclanmaya gedək», - deyə R.Abdullayev vurğulayıb.

R.Abdullayev 2009-cu ildə dünyada davam etmiş iqtisadi böhrana baxmayaraq ARDNŞ-in ötən ilin yekununda mənfəət əldə etdiyini bildirib. Şirkət rəhbərinin sözlərinə görə, ötən il ARDNŞ büdcəyə 1,460 mlrd. manat ödəniş edib. Hesabat ilində Azərbaycan rekord göstəricidə – 50,5 mln. ton neft, 23 mlrd. kubmetr qaz hasil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR