Bank Of Baku

Ötən il MBASK sığorta şirkətinin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manata çatıb

Ötən il MBASK sığorta şirkətinin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manata çatıb
# 02 fevral 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın MBASK sığorta şirkətinin 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi 7,556 mln. manata çatıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin ümumi sığorta daxilolmalarının 36%-dən çoxu ənənəvi olaraq «Nəqliyyat vasitələrinin sığortası» növünün payına düşüb. Daxilolmalarda daha sonra 1,762 mln. manat «Əmlak sığortası», 1,125 mln. manat «tibbi sığorta» və 676,193 min manat «Bədbəxt hadisələrin sığortası» növləri təşkil edib. Bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 5,294 mln. manat olub.

Hesabat dövründə ödənişlərin əksər hissəsi avtomobil sığortası müqavilələri üzrə yerinə yetirilib (3,356 mln. manat). Ödənişlərdə «Tibbi sığorta» 1,002 mln. manat, «Əmlak sığortası» 601,498 min manat, «Bədbəxt hadisələrin sığortası» 98,126 min manat, və «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü 85,197 min manat təşkil edib.

Qeyd edək ki, 2009-cu il üçün şirkətin bir sığorta polisi üzrə ən iri ödənişi əmlakın sığorta olunması üzrə müqavilə çərçivəsində həyata keçirilib və bu məbləğ 121,652 min manat olub.

Müqavilələr üzrə ödənişin alınmasının orta davamiyyət müddəti sığorta hadisəsinin baş verməsi haqda ərizənin verildiyi andan sonrakı 15 gündən artıq olmayıb. Bu zaman dəyən zərərin məbləği əhəmiyyətli olmadığı hallarda bu müddət bir neçə günə qədər azalıb.

Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasovun sözlərinə görə, 2010-cu ildə şirkət üçün prioritet vəzifələr olaraq müştərilərə xidmətin səviyyəsinin yüksəldilməsi və onların qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi qalır. «Bazarda mövcud olan mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, şirkət dinamik surətdə inkişaf etməkdə davam edir. Bizim inkişafımızın əsas mənbəyi müştərilər tərəfindən şirkətə daim artmaqda olan inamdır», - R.Abbasov bildirib.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR