Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 1 müştəriyə ümumi dəyəri 7 720 431,84 manat olan broker xidmətləri göstərib. İkinci yeri 4 müştəriyə ümumi həcmi 6 815 182,88 manat olan broker xidmətləri göstərmiş «Caspian Financial» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən təxminən 12% azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə «Brokdil-Az» şirkəti qərarlaşıb.
DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə
brokerlərin renkinqi (yanvar, 2010-cu il)
Mövqe (yanvar,2010) | Mövqe (dekabr,2009) | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatlarının həcmi (AZN) |
1 | - | Respublika Invest | 3 | 1 | 7 720 431,84 |
2 | 1 | Caspian Financial | 9 | 4 | 6 815 182,88 |
3 | 3 | Brokdil-Az | 2 | 1 | 6 363 680,08 |
4 | 2 | BoB Broker | 4 | 2 | 5 869 451,12 |
5 | 4 | Unicapital | 2 | 2 | 3 599 919,68 |
6 | 5 | Texnika Capital Management | 1 | 1 | 399 680,00 |