Bank Of Baku

Ötən il “DəmirBank”ın aktivləri 16,4% artaraq 266 mln. manatı keçib

Ötən il “DəmirBank”ın aktivləri 16,4% artaraq 266 mln. manatı keçib
# 02 fevral 2010 12:39 (UTC +04:00)
Bakı – APA-Economics. “DəmirBank” ASC ötən ilki fəaliyyətinə yekun vurub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il bankın adının dəyişdirilməsi, 20 illik yubileyi, institusional inkişafı və fəaliyyət göstəricilərinin daha da yaxşılaşması ilə yadda qalıb.

2009-cu ilin oktyabr ayında Bankın əvvəlki “Azərdəmiryolbank” adı “DəmirBank” adı ilə əvəzlənib. Yeni adın əvvəlki ilə bağlılığa malik olması Bankın 20 illik tarixinin qorunmasını təmin edir.

Bankın yeni loqotipi hazırlanıb, rebrendinq və 20 illik yubileyi ilə bağlı TV reklam kampaniyası keçirilib. Bankın brend kitabının hazırlanması yekunlaşır, eləcə də yeni korporativ üslubun filiallarda tətbiqi üçün işlərə başlanılıb.

Azərbaycanın ilk banklarından olan DəmirBank 6 oktyabr 2009-cu ildə 20 illik yubileyini qeyd edib. Bank yubileyi ilə bağlı müxtəlif tədbirlər, həmçinin əmanətçilər arasında əsas hədiyyəsi Toyota RAV4 avtomobili olan “Yubiley” uduş kampaniyası keçirib.

2009-cu il ərzində “DəmirBank”ın maliyyə göstəriciləri də artıb. Bankın aktivləri il ərzində 16,4% artaraq 1 yanvar 2010-cu il tarixinə 266 mln. manatı keçib, kredit portfelinin həcmi isə 18% artaraq 199 mln. manata çatıb. Bankın nizamnamə kapitalı 2009-cu ilin sonuna 18,4 mln. manat, məcmu kapitalı isə 46,5 mln. manat təşkil edib.

Bankda müştəri depozitlərinin həcmi il ərzində 45,7% artaraq 95,2 mln. manatı, əhalinin müddətli əmanətlərinin həcmi isə 70% artaraq 70,8 mln. manatı keçib.

Ötən il “DəmirBank”ın fəaliyyətini “Planet Rating” beynəlxalq reytinq agentliyi “B+” reytinqi və “Pozitiv” proqnozu ilə qiymətləndirib. Bank korporativ idarəetmə, risklərin idarə edilməsi, effektivlik və gəlirlilik, biznes və informasiya sahələri üzrə “B”, maliyyələşdirmə və likvidlik üzrə isə Azərbaycanda ilk dəfə “A” kateqoriyası ilə qiymətləndirilib.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2009-cu ildə yenidən qiymətləndirmə zamanı “DəmirBank”ın “stabil” proqnozlu “B-” reytinqini saxlayıb ki, bu da müsbət nəticə hesab edilir.

“DəmirBank” ötən il beynəlxalq maliyyə təşkilatları ilə kredit xətləri üzrə müqavilələr imzalayıb və 53 mln. ABŞ dolları məbləğində vəsait cəlb edib. Bank Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam Korporasiyası və s. təşkilatlarla əməkdaşlıq edir.

Ölkədə ipoteka kreditlərinin bərpası ilə “DəmirBank” Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsini bərpa edib. Bank “SilverKey Azerbaijan” şirkəti ilə E-Commerce layihəsi üzrə ödəniş xidmətlərinin çeşidini də genişləndirib.

2009-cu ilin əvvəlində DəmirBank “Xəzər” və “Yasamal” filiallarını müştərilərin istifadəsinə verib. Bank həmçinin Bakıda və regionlarda yeni bankomatlar da quraşdırıb. İl ərzində xidmət şəbəkəsinin optimallaşdırılması məqsədilə bir sıra filialların və bankomatların yeri dəyişdirilib. DəmirBank hazırda 29 filial və 47 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir.

DəmirBank ötən il “50000-ci plastik kartın buraxılışı” üçün VISA International ödəniş sistemi tərəfindən Fəxri Sertifikat və “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramının 5 illiyinə həsr olunan tədbirdə “Pul-Kredit və Bank Xidmətləri” sahəsində Fəxri Diplom ilə təltif edilib.

Azərbaycanın ilk banklarından olan “DəmirBank” 1989-cu ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR