Bank Of Baku

«Joint Leasing» şirkətinin mənfəəti ötən il 21% artıb

«Joint Leasing» şirkətinin mənfəəti ötən il 21% artıb
# 02 fevral 2010 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 28,6 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin əvvəli ilə müqayisədə 48,6% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesasbat ilində şirkətin aktivləri və məcmu kapitalı artaraq müvafiq olaraq 27,4 mln. manat və 3,6 mln. manat təşkil edib.

Ötən il ərzində 178 lizinq müqaviləsi bağlanıb ki, bunlar da tikinti, nəqliyyat, yeyinti və yüngül sənaye, ticarət və xidmət sahələri kimi iqtisadiyyatın bir çox sahələrini əhatə edib. Ümumilikdə, şirkət tərəfindən 75 mln. manat dəyərində müxtəlif texnika və avadanlığın alınması maliyyələşdirilib. Maliyyələşdirilmiş layihələrin təqribən 95%-i biznes layihələri, 5%-i isə istehlak xarakterli layihələrin payına düşüb.

Bu müddət ərzində şirkətin mənfəəti əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 21% artaraq 1,4 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanın aparıcı lizinq şirkətlərindən olan «Joint Leasing» şirkəti 2007-ci ilin iyunundan «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» birgə müəssisəsi 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR