Bank Of Baku

Azərbaycan əhalisi nağd avro alışını azaldıb

Azərbaycan əhalisi nağd avro alışını azaldıb
# 02 fevral 2010 12:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd avronun satış həcmi 2009-cu ilin dekabr ayında 4 483 700 avro, alış həcmi isə 115 415 500 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2009-cu ili ərzində Azərbaycan əhalisi tərəfindən 63 662 300 avro həcmində avro kütləsi satılıb, 737 470 100 avro həcmində isə nağd avro kütləsi alınıb.

Beləliklə, ötən ilin yekunlarına görə, əhalinin nağd avronun alışı satışın həcmini 11,6 dəfə üstələyib ki, bunun da əsas səbəbi Avrozonadan pərakəndə və mütəşəkkil idxalın təmin edilməsi üçün avro kütləsinin alınması zərurəti ilə bağlıdır.

Eyni zamanda, 2008-ci illə müqayisədə Azərbaycan əhalisi nağd avronun satışını 8% artırıb, alışı isə 3,9% azaldıb. Bunun əsas səbəblərindən biri kimi avronun məzənnəsinin ötən ilki dəyişkənliyini qeyd etmək olar. Belə ki, 2009-cu ildə avronun dollara qarşı möhkəmlənməsi müşahidə olunub ki, bu halda əhali bahalaşan valyutanın alınmasından müəyyən dərəcədə çəkinib. Bundan əlavə, 2009-cu ildə Azərbaycanın ümumi idxalı azalıb ki, bu proses də Avrozonadan həyata keçirilən pərakəndə idxala da toxunub. Nəticədə, bu məqsədlərlə alınan nağd avronun həcmi azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR