Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin 2010-cu il yanvar ayının 1-nə olan həcmi barədə məlumat verilir:
(mln. manat)
Lizinq təşkilatları | Lizinq portfeli |
Unileasing | 31,50 |
Joint Leasing | 28,60 |
AGLeasing | 9,86 |
Nikoil Leasing | 5,54 |
Texnika Leasing | 4,01 |
AtaLeasing | 3,80 |
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında portfelin həcminə görə ilk yerdə «Unileasing» liderlik edir. İlk üçlüyə həmçinin «Joint Leasing» və «AGLeasing» şirkətləri daxil olub. Bu üç şirkətin məcmu lizinq portfelinin həcmi 2010-cu ilin əvvəlinə təxminən 70 mln. manat təşkil edir.
Sonrakı yerləri tutan üç şirkətin lizinq portfelinin ümumi həcmi isə bu göstəricidən təxminən 5,2 dəfə azdır.