Bank Of Baku

«Bank Standard» əhalidən cəlb etdiyi əmanətlərin həcmini son bir ildə 13% artırıb

«Bank Standard» əhalidən cəlb etdiyi əmanətlərin həcmini son bir ildə 13% artırıb
# 02 fevral 2010 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayınının 1-nə 521,4 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 15,78% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 6,06 % azalaraq 370,5 mln. manat, müştəri hesablarında olan vəsaitlərin həcmi isə 167,8 mln. manat olub.

Bu müddət ərzində əhalidən cəlb olunmuş əmanətlərin həcmi 16,5 mln. manat və ya 13% artaraq ilin sonuna 126 mln. manata çatıb. Ümumilikdə, 2009-cu il ərzində bank əhalidən təxminən 29,3 mln. manat cəlb edib.

Bundan başqa, 2009-cu ildə bankın məcmu kapitalı 5,1% azalaraq 73,4 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 64,5 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəliri 24,4% azalaraq 74,5 mln. manat, xərcləri isə 11% azalaraq 60,091 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 2,2 dəfə azalaraq 14,409 mln. manat olub.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» QSC 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR